Özbəkistanda prezident seçkiləri dekabrın 4-də keçiriləcək.
Modern.az-ın məlumatına görə, bunu brifinqdə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzo Uluqbek Əbdüsalomov deyib.
Onun sözlərinə görə, seçki kampaniyası sentyabrın 9-da start götürəcək.
Qeyd edək ki, Özbəkistan Prezidenti İslam Kərimov sentyabrın 2-də dünyasını dəyişib.
Modern.az