“Fətullahçı” terror hərəkatı (FETÖ) araşdırmaları çərçivəsində Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşı Basri Aktepe həbs olunub.
Modern.az xəbər verir ki, bu barədə "Hürriyət” qəzeti məlumat yayıb. Xəbərdə bildirilir ki, Basri Aktepe MİT müstəşarı Hakan Fidanın "sağ əli" sayılır.
Aktepe prezident Ərdoğanın ofisindəki “böcəkləri” (dinləmə qurğusu) tapan dəstə üzvlərindən biri olub.
Bəzi məlumata görə, 1990-ci ildə ingilis dil təhsili üçün Daxili İşlər Nazirliyi tərəfindən ABŞ-a göndərilən Basri Aktepenin adı 1996-2005 illər arasında tez-tez Gülən camaatı ilə yanaşı çəkilib.
Modern.az