Bu gün Ümumdünya Gözəllik Günüdür. Gözəllik haqqında anlayış regiondan, adət-ənənədən və digər obyektiv səbəblərdən asılı olaraq fərqli olur.
Modern.az saytı xarici KİV-ə istinadən dünya xalqlarında mövcud olan 10 fərqli gözəllik anlayışını təqdim edir.
1.Dünyanin əksər ölkələrində qadınlar arıqlamağı arzulayır. Lakin Mavritaniyada və Tonqa Krallığında gözəllik etalonu kök qadınlar hesab olunur. Kökəlmək üçün yerli qadınlar yüksək kalorili yeməklər qəbul edir və az hərəkətli həyat tərzi seçirlər.
2.Padaunq tayfası (Myanma və Tailand) gözəlliyi boğazın uzunluğu ilə ölçürdü. Bunun üçün qız uşaqlarını 5 yaşından başlayaraq spiral latunlarla əhatə edirdilər. İlk vaxtlar bu boğazı pələnglərin hücumundan qorumaq üçün etsələr də, sonradan bu ritual gözəllik yaratmaq üçün istifadə olunurdu. Sonradan isə dəyişikliyə uğrayaraq gözəlliyin əsas simvoluna çevrildi.
3. Şərqin ən qədim dövlətlərindən sayılan İranda da özünəməxsus gözəllik anlayışı var. Bu ölkədə gözəllik qadının fiqurası yaxud sərvəti ilə deyil, onun burunun düzgün ölçülərə malik olması ilə ölçülür. Bu səbəbdən rinoplastika İranda geniş yayılıb.
4.Yeni Zelandiyada yaşayan maori tayfaları üçün isə gözəllik etalonu üzə vurulan döymələrin sayındadır. Döymələr böyümə əlaməti sayılır. Onların sayı nə qədər çox olarsa, kişinin statusu bir o qədər yüksək olar.
5.Naminiyada yaşayan ximba tayfası isə “çirkli vanna” (kül, palçıq, su və ağac şirəsindən hazırlanır) qəbul etmək gözəllik nişanəsi sayılır. Həmin vannanın qəbulundan sonra saçlar özünəməxsus qırımızı çalara boyanır, həm də insanları qızmar Günəş şüalarından qoruyur. Ximba tayfasının həm qadın, həm də kişi üzvləri bu vannanı qəbul edirlər.
6.Efiopiyanın cənub-şərqində yaşayan mursi tayfası isə qadında ilk növbədə böyük dodaqlara qiymət verir. Dodaqlarını böyütmək üçün qızlar kiçik yaşlarından alt dodaqlarını deşərək ora gildən disklər yerləşdirirlər. Mursilərin təsəvvürünə görə böyük disklər qadının sosial statusunu artır, eyni zamanda onu şər qüvvələrdən qoruyur.
7.Birma, Keniya və Tanzaniya və Borneo adalarında qulağın sırğalıq hissəsinin uzunluğu əsas götürülür. Sırğalığın uzunluğu ağac parçalarının köməyi ilə genişləndirirlər.
8.Tailandda dərinin açıq rəngi qızlar üçün prestijli sayılır. Buna görə tay qızları dəri ağardan kremlər və plastik əməliyyatlardan istifadə olunur.
9.Asiyada açıq rəngi yox, həm də qara dişləri gözəllik əlaməti sayırlar. Öncələr kariyesdən müdafiə üçün istifadə edilən qara boyadan sonralar qadınların evli statusunda olmasını göstərmək üçün istifadə edirdilər.
10.Daim özünəməxsusluğu ilə seçilən Yaponiyada da gözəllik anlayışı seçilir. Bu ölkədə təbiətə hörmət əsasdır və əyri dişlərə malik qadınlar populyardır. Qəribə də olsa, əyri dişlərdən ötrü yapon qızları cərrahi müdaxilələrə də gedirlər.
Vüqar İSMAYILOV