Amerikalı iş adamı, “Facebook” sosial şəbəkəsinin yaradıcısı, “Forbes”in versiyasına görə 10 ən gənc milyaderlərdən biri olan Dastin Moskovits ABŞ prezidentliyinə Respublikaçılar Partiyasının namizədi Donald Trampın əleyhinə siyasi mübarizəyə 20 milyon dollar ayırmağı vəd edib.
Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o deyib ki, demokratlara səs verənlərin çoxu onun siyasi platformasını dəstəkləmirlər.
“Tamamilə aydındır ki, əgər Klinton seçkiləri udarsa, onda Amerika bizim istədiyimiz dünyaya daha yaxın olacaq. Əgər Donald qalib gəlsə, ölkə geriyə yuvarlanacaq və dünya ictimaiyyətindən daha çox təcrid olunacaq”, - Moskovits özününMedium blokunda məqsədini belə izah edib.
Sonuncu rəy sorğusuna görə, ABŞ-da prezident seçkilərində Trampın lehinə amerikalıların 45, Klintonun lehinə 43 faiz respondent səs verməyə hazırdır.
Modern. az