Modern.az

Azərbaycanlı iş adamının obyektini partladanlar tutulub

Azərbaycanlı iş adamının obyektini partladanlar tutulub

Dünya

10 Noyabr 2016, 20:54

Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Krokus Ekspo” sərgi mərkəzində partlayıcı qurğu yerləşdirməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Moskva vilayəti Krasnoqorski şəhər məhkəməsinin mətbuat katibi Natalya Osipova bildirib.

 

“Məhkəmə istintaqın vəsatəti əsasında dekabrın 12-dək Şaiq Məhəmmədov barəsində həbs qətimkan tədbiri seçib”, -deyə Osipova bildirib. 

 

Ş.Məhəmmədova qarşı Rusiya CM-nin 167-ci maddəsi üzrə ittiham irəli sürülüb. Bu ittiham üzrə Ş.Məhəmmədov beş ilədək azadlıqdan məhrum edilə bilər. 

 

Qeyd edək ki, oktyabrın 7-də Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus sərgi mərkəzində partlayıcı qurğu tapılıb. Hüquq-mühafizə orqanlarının məlumatında əldəqayırma partlayıcı qurğunun çantaya qoyulduğu və sərgi mərkəzində yerləşən tualetlərin birinə yerləşdirildiyi bildirilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI