Almaniya xarici işlər nazirinin Türkiyəyə səfər tarixi dəqiqləşib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Frank-Valter Ştaynmayerin Türkiyəyə rəsmi səfəri noyabrın 15-də reallaşacaq. Səfərdə iki ölkə arasındakı münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Türkiyə XİN-i bundan əvvəl rəsmi Berlini çevriliş cəhdinin qarşısı alındıqdan sonra Ankaranı lazımi dəstək verməməkdə və PKK terrorçularına sığınacaq verməkdə günahlandırıb.
Modern.az