Modern.az

Nazir Azərbaycandan kömək istədi: ASAN xidməti tətbiq etmək üçün

Nazir Azərbaycandan kömək istədi: ASAN xidməti tətbiq etmək üçün

Dünya

10 Noyabr 2016, 22:54

İndoneziyanın inzibati və bürokratik islahatlar naziri Asman Abnur ölkəsinin Azərbaycanın innovativ xidmət konsepsiyası ASAN-xidməti tətbiq edəcəyini açıqlayıb. Modern.az saytı xəbər verir ki, Virtualaz.org-un məlumatına görə, bu barədə nazirə istinadən İndoneziya KİV-ləri bildirir.

 

“Mən ümid edirəm ki, Azərbaycan innovativ ASAN-xidmət konsepsiyasının tətbiq olunmasında İndoneziyaya dəstək verəcək”-nazir Cənubi Koreyanın Pusan şəhərində Azərbaycan nümayəndələri ilə bu gün keçirdiyi görüşdə deyib.

 

Xəbərdə deyilir ki, bu görüş İndoneziyanın İctimai Xidmətlər rəhbərinin müaviniDiah Natalisanın Azərbaycana noyabrın 2-də etdiyi səfərin davamıdır. Bu səfər Azərbaycanın tətbiq etdiyi innovativ dövlət xidmətləri modelini İndoneziyada tətbiq etmək üçün böyük motivasiya yaradıb.

Nazir Asman və İndoneziyanın digər rəsmiləri Azərbaycan nümayəndələri ilə görüşdə deyib ki, ASAN-xidmət sahəsində təcrübə və biliklərin öyrənilməsini istəyirlər. Nazirin sözlərinə görə, informasiya texnologiyaları ictimai xidmətlərin yaxşılaşdırılması üçün ən mühüm amillərdən biridir. Bununla belə Asman bildirib ki, Azərbaycan modelini tətbiq edərkən demoqrafik amilləri də nəzərə alacaqlar. Çünki iki ölkənin demoqrafik şərtləri kəskin fərqlənir.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI