Modern.az

Slovakiyada məzarqazma çempionatı - FOTO

Slovakiyada məzarqazma çempionatı - FOTO

Dünya

11 Noyabr 2016, 17:16

Slovakiya çox fərqli bir beynəlxalq yarışmaya yarışa ev sahibliyi edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Slovakiyanın Trencin şəhərində "məzarqazma" çempionatı keçirilib.

 

Ev sahibi Slovakiya ilə birlikdə Polşa və Macarıstandan da  qrupların qatıldığı çempionatda  bel və kürəklərlə ən sürətli qazan komanda birinci olub.

 

Yarış iştirakçıları 1,5 metr dərinlikdə, 2 metr uzunluqda və 90 santimetr genişlikdə məzarlar qazıb. Yarışda müasir üsullardan istifadə edilməyib.

 

Yarışı Slovakiyanın Kalna nad Hronum kəndindən olan Peter Pastorokun cənazə servisi komandası qazanıb. Yarış, cənazə sektoruna marağı artırmaq və ciddi peşəni əyləncəli hala gətirmək üçün keçirilib.

 

Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI