İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi istiqamətində aparılan əməliyyatlar çərçivəsində terrorçuların daha bir komandiri zərərsizləşdirilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, öldürülən qruplaşmanın komandiri Mahmud Şükri əl-Nuyamidir.
Qeyd edək ki, Şeyx Fariz kimi də tanınan Şükri əl-Nuyami Mosulun qərb rayonlarına endirilən aviazərbələr nəticəsində zərərsizləşdirilib. İŞİD terrorçuları da yaydıqları videoyazıda onun ölümünü təsdiqləyib.
Modern.az