Modern.az

Avropa İttifaqı-ABŞ münasibətləri təhlükə altına düşə bilər

Avropa İttifaqı-ABŞ münasibətləri təhlükə altına düşə bilər

Dünya

11 Noyabr 2016, 23:39

Donald Trampın prezident seçilməsi Amerikada olduğu kimi Avropa Birliyi ölkələrində də birmənalı qarşılanmayıb. Modern.az saytı xarici mediaya istinaən  xəbər verir ki, bu gün Avropa Komissiyasının sədri Jan-Klod Yunker də maraqlı açıqlaması ilə gündəmə gəlib.

Avropa Komissiyasının sədrinin qənaətinə görə, Avropa İttifaqı-ABŞ münasibətlərini təhlükə altına qoya bilər: “Trampın seçilməsi Avropa İttifaqı-ABŞ münasibətlərinin inkişafında problem yarada bilər. Düşünürəm ki, Avropa İttifaqı ABŞ-ın yeni prezidentinə vahid Avropanın nə olduğu və necə işlədiyini anlatmalıdır”.

Avropa Komissiyasının sədri həmçinin qeyd edib ki, Donald Trampın NATO təhlükəsizliyi siyasətinə dair bəyanatları ciddi fəsadlar yarada bilər.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI