Taliban hərəkatı Əfqanıstanın şərqində, Pərvan əyalətində ABŞ-ın və NATO-nun hərbi bazasının ətrafında olan partlayışa görə məsuliyyəti öz üzərin götürüb.
Modern.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Əfqanıstanda hökumət qüvvələrinə təlim keçən və yardım göstərən NATO-nun “Qətiyyətli dəstək” missiyası terror barədə informasiyanı təsdiqləyib.
NATO 4 insanın öldüyünü bildirib. 10-dan çox isə yaralı var. Lakin terror qurbanlarının sayı dəqiq bilinmir.
Aqşin Kərimov