Rusiyanın paytaxtı Moskvada və Sankt-Peterburqda diversiya-terror aktları planlayan şəxslər saxlanılıb.
Modern.az saytının Rusiya KİV-nə istinadən xəbərinə görə, bu barədə ölkənin Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatında bildirilib.
Məlumata görə, terakt törətmək istəyənlər Mərkəzi Asiyadan gələnlər olub.
“12 noyabrda Moskvada və Sankt-Peterburqda aparılan istintaq hərəkətləri nəticəsində 10 terrorçu saxlanılıb. Onlardan 4 güclü partlayıcı qurğu aşkar edilərək götürülüb. Saxlanılanlar Rusiyada fəaliyyəti qadağan olunmuş “İslam dövləti” (İŞİD) terror təşkilatı ilə əlaqəlidirlər” – deyə bildirilib.
Əməliyyat Rusiya FTX-nin, Daxili İşlər Nazirliyinin, Qırğızıstan və Tacikistan xüsusi xidmət orqanlarının qarşılıqlı dəstəyi ilə keçirilib.
Aqşin Kərimov