Modern.az

“Avroviziya”nın qalibi azərbaycanlı ilə ermənini barışdırmaq istəyir – VİDEO

“Avroviziya”nın qalibi azərbaycanlı ilə ermənini barışdırmaq istəyir – VİDEO

Aktual

14 Fevral 2017, 13:24

“Avroviziya” mahnı müsabiqəsinin ötənilki qalibi Camala azərbaycanlıları və erməniləri barışdırmaq istədiyini deyib. Modern.az xəbər verir ki, bu barədə o, münsif kimi iştirak etdiyi “Ukrayna SƏS” yarışmasında deyib.

 

O, komanasında erməni qızı Yeva Voskyanyanın və azərbaycanlı Cavid Məmmədovun olmasını sülhməramlı missiya üçün işarə kimi qəbul edib.

 

“Bilirsiniz, mən 20 ildir ki, düşmən olan 2 xalqı barışdırmaq istəyirəm. Komandamda azərbaycanlı və erməni qızı var. Onlar ümumiyyətlə, bir-biri ilə danışmırlar. Bəlkə bu sülhməramlı missiya olacaq”.

 

Vüqar İSMAYILOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu