Modern.az

Ermənistanda partlayış: 2 ölü

Ermənistanda partlayış: 2 ölü

Aktual

14 Fevral 2017, 14:11

Ermənistanın Kotayk vilatyətinin Lernanist kəndində güclü partlayış olub.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə  kəndin icra nümayəndəsi Artyom Ayrapetyan məlumat verib.

 

O bildirib ki, partlayış nəticəsində ərzaq dükanı uçub və nəticədə azı 2 nəfər ölüb. Dağıntı altında qalanların xilas edilməsi istiqamətində əməliyyat aparılır.

 

Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar gedir.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu