Modern.az

Azərbaycanda meşə torpaqların icarə müddəti 5 dəfə artırıldı

Azərbaycanda meşə torpaqların icarə müddəti 5 dəfə artırıldı

14 Fevral 2017, 16:07

Azərbaycanda meşələrin bərpası məqsədi ilə torpaqların icarəyə verilmə müddəti 5 dəfəyədək artırılıb. Modern.az saytının xəbərinə görə, bu haqda Milli Məclisin iclasında Meşə Məcəlləsinin 22-ci maddəsinə dəyişiklik haqda parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.

Dəyişikliyə əsasən, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) müqavilə əsasında müvafiq icra hakimiyyəti tərəfindən 1 ildən 49 ilədək icarəyə verilə biləcək.
Hazırda isə bu müddət 1 ildən 10 ilə qədərdir.

 Layihə səsə qoyularaq qəbul edilib.


Aqşin KƏRİMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları İrana YAXINLAŞIR-hər an zərbə VURULA BİLƏR