Modern.az

Ziyafət Əsgərovdan Fazil Mustafaya İRAD: “Başınız ədəbiyyata qarışıb, hüquq yaddan çıxıb”

Ziyafət Əsgərovdan Fazil Mustafaya İRAD: “Başınız ədəbiyyata qarışıb, hüquq yaddan çıxıb”

14 Fevral 2017, 16:38

Bu gün Milli Məclisin iclasında “Hərbi vəziyyət haqqında” qanun layihəsi 2-ci oxunuşda müzakirəyə çıxarılıb.

 

Modern.az saytının məlumatına görə, deputat Fazil Mustafa qanun layihəsindəki “faktiki işğal olunduqda” ifadəsinə etiraz edib.

“Məgər virtual işğal da olur? İşğal işğaldır da”-deyə Fazil Mustafa bildirib.

Milli Məclis sədrinin birinci müavini Zifayət Əsgərov isə ona belə cavab verib:

“Konstitusiyanın 111-ci maddəsinə diqqət etmək lazımdır. Orada qeyd olunur: “…Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki işğal olunduqda...”. Ardı da var. Başınız qarışıb bədii ədəbiyyata, hüquq yadınızdan çıxıb”.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu