Modern.az

Xarici səfirlər Cocuq Mərcanlıdadır

Xarici səfirlər Cocuq Mərcanlıdadır

15 Fevral 2017, 14:43

Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri başlayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, nümayəndə heyəti Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə yaxından tanış olublar.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov işğal altında qaldığı müddətdə ermənilərin Cocuq Mərcanlıda törətdikləri vəhşiliklər, eləcə də Azərbaycan Prezidentinin sərəncamı ilə hazırda burada görülən bərpa işləri barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları İrana YAXINLAŞIR-hər an zərbə VURULA BİLƏR