Modern.az

Yadigar Sadıqov “Yeni Müsavat”a etiraz etdi, Azər Ayxan cavab verdi

Yadigar Sadıqov “Yeni Müsavat”a etiraz etdi, Azər Ayxan cavab verdi

15 Fevral 2017, 16:48

Müsavat başqanının müavini Yadigar Sadıqov “Yeni Müsavat” qəzetindən narazılıq edib. Modern.az-ın məlumatına görə, Y.Sadıqov qəzetdən narazılığını bu cür ifadə edib:


“İllər öncə Müsavatdan qovulmuş və bugünlərdə Ermənistandan sığınacaq almış Şahin Mirzəli olayından Müsavata qarşı istifadə etmək üçün geniş koalisiya formalaşmaqdadır. Şahin Mirzəlinin yüzlərlə əlçatan şəkli olduğu halda "Yeni Müsavat" qəzeti bu adam haqqında informasiyanı mitinqlərin birində Müsavat Partiyasının bayrağını tutduğu şəkillə verir. Bəzi AXCP üzvləri bu məsələdə "Yeni Müsavat"la heç zaman olmadıqları qədər həmfikirdirlər. Bəzi bitərəflər daha əvvəl eyni addımı atıblar”.

Məsələ ilə bağlı “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxan Modern.az-a açıqlama verib.

 Azər Ayxan Müsavat Partiyasının üzləşdiyi bu vəziyyətlə bağlı istənilən arayışı verməkdə sərbəst olduğunu bildirib.

“ Başa düşürük ki, bu xoşagəlməz haldır. Bizim də uzun illər sıralarında fəaliyyət göstərdiyimiz partiyanın üzvü olmuş şəxs düşmən ölkə olan Ermənistana sığınıb. Heç xoşagələn hal deyil. Amma bu faktdır ki, o adam Müsavat Partiyasının üzvü olub”.

Baş redaktorunun müavini deyib ki, əgər “Yeni Müsavat”  hansısa bir şəkilə görə qınaqla üzləşiriksə, bu da normaldır.

“Çünki Azərbaycan müxalifəti, ümumiyyətcə siyasətçiləri bütün uğursuzluqlarının əsas səbəbi kimi mətbuatı görürlər. Onların yanında olmayan, proseslərə obyektiv mövqe sərgiləyən jurnalistləri günahkar görürlər. Heç şübhəsiz ki, Müsavatın bu məsələdə günahı “Yen Müsavat” qəzetində və digər planlarda axtarması diqqəti öz üzərilərinə  çəkməyə xidmət edir”.

 

Mirmahmud KAZIMOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları İrana YAXINLAŞIR-hər an zərbə VURULA BİLƏR