Ötən gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları davam edib.
Modern.az xəbər verir ki, dünən daha 2 matç keçirilib.
“Bavariya” öz meydanında “Arsenal”ı qəbul edib, “Real” isə “Santyaqo Bernabeu” stadionunda “Napoli”ni sınağa çəkib.
Nəticələr aşağıdakı kimi olub:
1/8 final mərhələsi, ilk oyunlar
“Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə) - 5:1
“Real” (İspaniya) - “Napoli” (İtaliya) - 3:1
***
21 fevral
“Bayer Leverkuzen” (Almaniya) - “Atletiko” (İspaniya)
“Mançester Siti” (İngiltərə) - “Monako” (Fransa)
22 fevral
“Portu” (Portuqaliya) - “Yuventus” (İtaliya)
“Sevilya” (İspaniya) - “Lester” (İngiltərə)
14 fevral
“Benfika” (Portuqaliya) - “Borussiya” (Dortmund, Almaniya) 1:0
PSJ (Fransa) - “Barselona” (İspaniya) 4:0
Qeyd edək ki, ÇL-də 1/8 final mərhələsinin cavab oyunları 7,8, 14 və 15 mart tarixlərində keçiriləcək.