Modern.az

Tramp məzuniyyətini yarımçıq qoyaraq Vaşinqtona qayıdıb

Tramp məzuniyyətini yarımçıq qoyaraq Vaşinqtona qayıdıb

14 Avqust 2017, 19:41

ABŞ prezidenti məzuniyyətini yarımçıq qoyaraq Vaşinqtona qayıdıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Donald Tramp “Twitter” hesabında yazıb.

Donald Tramp qeyd edib ki, bu səhər Vaşinqtona qayıdıb: "Çoxlu iş görmək lazımdır. Ticarət də hərbi məsələlər üzərində diqqəti cəmləşdirəcəyəm”.

Qeyd edək ki, D.Tramp avqustun 4-də 17 günlük “işgüzar məzuniyyət”ə yollanıb. Onun sözçüləri bildiriblər ki, Ağ Evdə soyutma və isitmə sistemləri təmir olunduğu üçün prezident məzuniyyətə gedir və orada çalışacaq.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!