Modern.az

Ağcabədidə məcburi köçkünlər məskunlaşan klub binasında yanğın söndürülüb

Ağcabədidə məcburi köçkünlər məskunlaşan klub binasında yanğın söndürülüb

Aktual

10 Sentyabr 2017, 17:15

Ağcabədinin Hüslü kənd klubunda yanğın binanın məcburi köçkünlər məskunlaşan hissəsində elektrik naqilində qısaqapanma nəticəsində baş verib.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, ümumilikdə 6 məcburi köçkün ailənin yaşadığı binada yanğın zamanı 3 ailənin yaşadığı otaqlar - 192 kvadratmetr yaşayış sahəsi yanıb.

 

Yanğın baş verən zaman binada fəaliyyət göstərən Hüslü kənd uşaq baxçasının əşyaları otaqdan çıxarılıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi