İtaliyada anormal hava şəraiti faciəyə səbəb olub. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, şiddətli yağıntılar və güclü külək nəticəsində 6 nəfər ölüb, 2 nəfər itkin düşüb.
Ölüm faktları ölkənin mərkəzi bölgəsində qeydə alınıb.
Məlumata görə, qeyri-sabit hava şəraitindən ən çox əziyyət çəkən Livorno şəhəri olub. Şəhərin meri İtaliya hökumətinə bölgədə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi üçün müraciət edib. Bir neçə saat ərzində Livornoya 400 millimetrədək yağıntı düşüb. İtaliyada qeyri-sabit hava şəraiti sentyabrın 9-dan davam edir.