Modern.az

Daha bir ölkə Almaniyadan təzminat tələb edir

Daha bir ölkə Almaniyadan təzminat tələb edir

Aktual

10 Sentyabr 2017, 23:00

Polşanın ardınca daha bir ölkə Almaniyadan təzminat istəyir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstan İkinci Dünya müharibəsi zamanı ölkəyə vurduğu ziyana görə Almaniyadan təzminat tələb edib.

Bu barədə açıqlama verən Yunanıstanın Baş naziri Aleksis Çipras Saloniki bildirib ki, hökumətin bu məsələ ilə bağlı mövqeyi dəyişməyib: "Məsələ ən yüksək siyasi səviyyədə qaldırılıb. Hazırda proses gedir, fikrimcə yaxın günlərdə bununla bağlı bir neçə vacib xəbər eşidəcəyik”.

Qeyd edək ki, Polşa 2-ci Düntya Müharibəsində Almaniyanın polşalılara qarşı soyqırım həyata keçirdiyi iddiası ilə 1 trilyon dollar təzminat tələb edir. Bundan başqa, təzminat ödənilməsi barədə xalq arasında səsvermə keçirilib. Sorğuda iştirak edənlərin 68 faizi Almaniyanın təzminat ödəməsini istəyib.

Almaniya 1939-cu il sentyabrın 1-də Polşaya hücum edərək 2-ci Dünya Müharibəsini başlatmışdı. 1945-ci il sentyabrın 2-də bitən cahah müharibəsində 6 milyondan çox polşalı ölüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi