Axşam saatlarında Texas ştatının Pleyno şəhərində atışma baş verib.
Modern.az xarici KİV-ə isinadla bildirir ki, atışma nəticəsində silahlı hücum edən də daxil olmaqla azı 8 nəfərin ölüb.
İnsident axşam saat 8 radələrində evlərin birində baş verdiyi qeyd olunur. Atışma baş verən kimi polisə məlumat daxil olub. Hadisə yerinə dərhal gələn polisin açdığı atəşlə də hücum edən şəxs məhv edilib.
2 nəfərin xəsarət aldığı da bildirilir, lakin onların vəziyyəti barədə hələ məlumat verilməyib.
Məlumata görə, hücum edənin şəxsiyyəti hələ müəyyən edilməyib.