Modern.az

Abşeronda kişi sevgilisini və sevgilsinin atasını öldürdü

Abşeronda kişi sevgilisini və sevgilsinin atasını öldürdü

Aktual

11 Sentyabr 2017, 09:37

Abşeronda dəhşətli qətl törədilib. 

 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib.

 

Araşdırmalar nəticəsində meyiti tapılan şəxslərin Müşfiq qəsəbə sakinləri -1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü Əsədova Samirə Allahverdi qızı olmaları müəyyən edilib.

 

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin S. Əsədova ilə qeyri-rəsmi nikah münasibətlərdə olan Sahib Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi