Modern.az

“Çelsi”–“Qarabağ” matçını yunan hakimlər idarə edəcək  

“Çelsi”–“Qarabağ” matçını yunan hakimlər idarə edəcək   

Aktual

11 Sentyabr 2017, 11:17

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin “Çelsi”–“Qarabağ” matçının hakimləri müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, qarşılaşmanı Yunanıstan Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək.

 

Matçın baş hakimi Anastasios Sidiropoulos olacaq. Ona həmyerliləri Polixronis Kostaras və Lazaros Dimitriadis kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Damianos Efthimiadis yerinə yetirəcək.

 

Qeyd edək ki, “Çelsi”–“Qarabağ” oyunu sentyabrın 12-də Bakı vaxtı ilə 22:45-də start götürəcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi