“Bakı Metropoliteni” dünən Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Roma” oyunundan sonra Bakı Nəqliyyat Agentliyinin təşkilatçılığından narazı qalan sərnişinlərin daşınmasını həyata keçirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a bildirib ki, metro həmin vaxt hər gün olduğu kimi, saat 12-ə qədər işləyib:
“Amma saat 22:00-23:00 radələrində intervalı pik saatlarındakı kimi azaldıb, qatar sayını artırmışdıq. Oyundan sonra stansiyaya 25 mindən artıq sərnişin daxil olub”.
N.Paşayev deyib ki, sərnişin sıxlığı nəzərə alınaraq, hərəkət plana uyğun həyata keçirilib:
“Başqa vaxt stansiyalarda seyrəklik olur. Amma oyundan sonra sıxlıq həddindən çox idi. “Koroğlu” stansiyasındakı sərnişinləri daşımaq üçün plan qurulmuşdu,
giriş nizamlanırdı və stansiyaya daha qısa intervalla qatar gəlirdi”.
N.Paşayev sıxlıq zamanı hər hansı narahatlıq yaşanmadığını qeyd edib.