Modern.az

Ter-Petrosyan: ““Madrid prinsipləri” 1997-ci ildə olan təkiflərlə tam eynidir..”

Ter-Petrosyan: ““Madrid prinsipləri” 1997-ci ildə olan təkiflərlə tam eynidir..”

Ölkə

23 İyun 2011, 12:29

Ermənistanın eks-prezidenti bildirirb ki, yalnız Laçın və Kəlbəcər bu plana salınmamışdı

Ermənistnın eks-prezidenti Levon Ter-Petrosyan  Dağlıq Qarabağın statusu haqqında referendum ideyasının heç bir şeylə təsdiqini tapmadığını açıqlayıb. Modern.az bildirir ki, o bu barədə “Moskovskiye Novosti” qəzetinə müsahibəsində bildirib.

Ter-Petrosyanın sözlərinə görə, onun 1997-ci ildə prezident olduğu zaman dəstəklədiyi münaqaişənin həlli variantı hazırda müzakirə edilən “Madrid prinsipləri”nin tam eyni olub.
“O zaman da işğal olunmuş ərazilərin qaytarılması, bütün perimetr üzrə yeni Qarabağ sərhəddi boyu beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi, yolların açılması təklif olunurdu.  Yalnız Laçın və Kəlbəcər bu plana salınmamışdı”-deyə eks-prezident bildirib.

Müxalifət lideri deyib ki, həmin variant həmçinin Qarabağa aralıq statusunun verilməsini də nəzərdə tuturdu. “Bütün bunlar o vaxtkı təkliflərdə də var idi.  Amma bu nə verirdi? Bu bizə hazırda ortada olan situasiyanı verirdi. Daha qısaldılmış variantda. Lakin beynəlxalq danışıqlar və beynəlxalq sülhməramlıların qarantiləri ilə birgə”-deyə Ter-Petrosyan vurğulayıb. 

Daha sonra o deyib: “İndi vəziyyət daha çətindir. Artıq o əhval-ruhiyyə və qüvvələr nisbəti yoxdur. O zaman Azərbaycan və Ermənistan eyni səviyyədə idi. 13 ildən sonra hansı vəziyyətdəyik? Azərbaycanda ÜDM Ermənistandan beş dəfə çoxdur. Büdcəsi beş dəfə artıqdır. Hərbi xərcləri 10 dəfə bizi üstələyir. Bu zaman təbii ki, Azərbaycanın mövqeləri daha möhkəm, tələbləri daha kəskin olacaq. İndi o zaman əldə etdiklərimizi geri qaytarmaq çox çətindir. Əvəvlki layihədən fərqlənən yalnız bir detaldır: Dağlıq Qarabağın statusunun müəyyənləşməsi üçün referendumun keçirilməsi. Hələki bu heç nə ilə təsdiq olunmur. Referendumun hüquqi  nəticələri ilə bağlı heç bir danışıq yoxdur. Prosesin gedişi göstərir ki, indi vəziyyət daha ağırdır. Bu gün verilən istənilən qərar o zamanla müqayisədə pisdir. Təəssüf ki belədir...”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər