Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının Kiyev şəhərində keçirilən 50-ci sessiyasında bəyannamə qəbul olunub.
Bu barədə Modern.az-a Milli Məclisin deputatı Çingiz Qənizadə məlumat verib.
Deputat bildirib ki, bəyannamədə quruma üzv ölkələrin ərazi bütövlüyünün bərpa edilməsi, işğal altında olan torpaqların ərazi bütövlüyü çərçivəsində azad edilməsinə dair bənd öz əksini tapıb.
“Bu isə Ermənistanın sessiyada iştirak edən nümayəndə heyətinin etirazına səbəb olub. Ona görə də bəyannamə səsə qoyulan zaman Ermənistan nümayəndə heyəti iclas zalını tərk edib”.