Ağdaş rayonunda qətl hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, dekabrın 24-də Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində rayon sakini Dursun Muğumov münaqişə zəminində həmyerlisi Baxşalı Əliyevin baş nahiyəsinə ağac parçası ilə xəsarət yetirib.
Nəticədə xəstəxanaya yerləşdirilən B.Əliyev orada ölüb.
Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində D.Muğumov saxlanılaraq istintaqa təhvil verilib.