Modern.az

“Dəmirbank” bağlandı, əmanətlər necə olacaq? - AÇIQLAMA  

“Dəmirbank” bağlandı, əmanətlər necə olacaq? - AÇIQLAMA   

25 Dekabr 2017, 15:08

“Dəmirbank”ASC “Əmanətlərin sığortalanması haqqında” Qanunun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və onalara verilmiş şəhadətnamə ləğv edilib.

 

Bu barədə Modern.az-a Əmanətlərin Sığortalanması Fondunun (ADIF) mətbuat xidmətindən məlumat verib.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli 49 saylı qərarı ilə “Dəmirbank” ASC –yə bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib.

 

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, “Dəmirbank” ASC-də fiziki şəxslər tərəfindən yerləşdirilən qorunan əmanətlər Fond tərəfindən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada və müddətlərdə əmanətçilərə qaytarılacaq.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi