Bakıda sağlamlıq mərkəzində yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Sağlamlıq mərkəzinin yerləşdiyi dördmərtəbəli binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 15 kvadrat metr olan qazanxanada idarəetmə lövhəsi və kommunikasiya xətləri yanıb, yüksək temperaturdan 10 kvadrat metr sahədə asma tavan əriyib. Mərkəzin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.