İranda bir günlük matəm élan edilib. Modern.az İran mediasına istinadən xəbər verir ki, hökumətinin qərarı ilə yanvarın 15-i ölkədə ümummilli matəm günü elan edilib.
Məlumata görə, İranın “Sançi” neft tankerinin qəzaya uğraması və 32 ekipaj üzvünün hamısının bu hadisədə həyatını itirməsindən sonra İran hökuməti bəyanat yayaraq hadisə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, yanvarın 6-da Çinin şərq sularında Honq Konqa məxsus yük gəmisinin İranın neft tankeri ilə toqquşması nəticəsində İranın neft tankeri yanğına məruz qalmışdı.
İranın Limanlar və Dənizçilik Təşkilatı yanvarın 14-də "Sançi" neft tankerinin sulara qərq olması və 32 ekipaj üzvünün hamısının bu acı hadisədə həyatını itirməsi xəbərini təsdiq edib.