Modern.az

Lənkəranda basqınçılar ev sahibinə xəsarət yetirib

Lənkəranda basqınçılar ev sahibinə xəsarət yetirib

15 Yanvar 2018, 01:01

Lənkəranda evə basqın edilib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Liman şəhərində, "Xutor" adlı yaşayış massivində baş verib.

 

Belə ki, naməlum şəxs 50 yaşlı Həsənov Nəcəfqulu Şükür oğlunun yaşadığı evə basqın edərək ona xəsarətlər yetirib. Yatmış ev sahibinə hücum edən cinayətkar ona kəsici alətlə başından və qol nahiyəsindən zərbələr endirib.

 

Xəsarət almış N. Həsənov kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya çatdırılıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI