Modern.az

Rus idmançını öldürən azərbaycanlının məhkəməsi başlayır  

Rus idmançını öldürən azərbaycanlının məhkəməsi başlayır   

15 Yanvar 2018, 09:20

Rusiyanın Xabarovsk vilayət məhkəməsində  pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində təqsirli bilinən azərbaycanlı Anar Allahverənovun cinayət işi üzrə ilkin məhkəmə dinləməsi başlayıb.   

 

APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bugünkü məhkəmə iclası qapalı şəkildə keçirilir.

  
 
Məlumata görə, Anar Allahverənovun maraqlarını məhkəmədə 3  vəkil təmsil edir. Onlar ekspertiza zamanı əldə olunduğu iddia edilən sübutların əsassız və qəbuledilməz olmasına dair vəsatət qaldırıblar.  


 
Qeyd edək ki bu il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb. 

 

Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI