Modern.az

Ötən günün “YOL TERRORU” - 10 hadisə, 6 ölü, 7 yaralı...  

Ötən günün “YOL TERRORU” - 10 hadisə, 6 ölü, 7 yaralı...   

15 Yanvar 2018, 09:41

Daxili İşlər Nazirliyi (DİN yanvar ayının 13-dən 15-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.

 
DİN-dən Modern.az-a bildirilib ki, göstərilən müddətdə respublikanın daxili işlər orqanları tərəfindən 183 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb.

        
Axtarışda olduğuna görə 13 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.


 Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 7 nəfər xəsarət alıb. 


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI