Modern.az

İsa Qəmbər xəstəxanadan evə buraxıldı - FOTO

İsa Qəmbər xəstəxanadan evə buraxıldı - FOTO

Aktual

18 Yanvar 2018, 12:31

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər bu gün xəstəxanadan evə buraxılıb.

 

Modern.az-ın məlumatına görə, bu haqda onun özü Facebook-da paylaşım edib.

"Mərkəzi Klinikadan ayrıldıq. Firdövsi həkim başda olmaqla peşəkar, qayğıkeş həkim heyəti və bütün personala təşəkkürlər!", - deyə İsa Qəmbər bildirib. O, müalicəsini ev şəraitində davam etdirəcək.

 

Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İ. Qəmbər ötən həftə xəstəxanaya yerləşdirilib.

 

Onun ürəyinə bir neçə stent qoyulub.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI