Modern.az

Soyğunçuluq edən qohum saxlanıldı

Soyğunçuluq edən qohum saxlanıldı

18 Yanvar 2018, 12:46

Yanvarın 10-da Gəncə şəhər sakini olan qadın qızıl boyunbağısının boynundan qoparılıb aparılması barədə Kəpəz Rayon Polis İdarəsinə müraciət edib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, faktla əlaqədar cinayət işi başlanılıb.

 

Həyata keçirilən əməliyyat tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib. 

 

Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Nağıyev olması müəyyən edilib. Saxlanılan şəxsin həmçinin zərərçəkmişin qohumu olması da məlum olub.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI