Modern.az

“Danış ki, səni görüm” layihəsi başa çatdı

“Danış ki, səni görüm” layihəsi başa çatdı

27 Noyabr 2017, 18:00

Gənclər Fondunun maliyyə və "İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutan "Danış ki, səni görüm” layihəsi başa çatıb. 

 

Modern.az xəbər verir ki, Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Əfsanə Şükürovanın rəhbərliyi ilə həyata keçirilən layihədə əsas məqsəd gənclərin natiqlik sənəti istiqamətində peşəkarlağının artırılması, səlis nitq bacarıqlarının inkişaf etdirilməsi olub. Layihənin ana məqsədi hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən dilinin gözəl nitq ilə insanlara çatdırılması və qorunmasıdır Layihə çərçivəsində, 3 gün ərzində peşəkar ekspertlər tərəfindən 100-ə yaxın gəncə təlimlər keçirilib, onlara natiqlik sənətinin incəlikləri öyrədilərək, jurnalistika sahəsində nəzəri və praktik biliklər aşılanıb. Gənclər peşəkarlarla görüşüb və onların təcrübəsindən yararlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI