Modern.az

Müəllimlərin yay məzuniyyəti başa çatdı

Müəllimlərin yay məzuniyyəti başa çatdı

Ölkə

18 Avqust 2011, 09:26


Orta məktəb müəllimləri üçün yay məzuniyyəti başa çatıb və onlar avqustun 15-dən işə çıxmağa başlayıblar. Baxmayaraq ki, yeni dərs ilinin başlanmasına hələ bir aydan çox vaxt qalır.

Yeni tədris ilinin yaxınlaşması ilə əlaqədər məktəblərdə dərs bölgüsü də aparılır. Təhsil Nazirliyindən verilən məlumata görə, bu ildən orta məktəblərində çalışan müəllimlər üçün dərs bölgüsündə məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, müəllimlərin həftəlik dərs yükü 24 saatdan çox olmayacaq.
Çünki orta məktəblərdə çalışan müəllimlərin həftəlik iş yükünün 24 saat olması ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var. Bu qərar yeni tədris ili üçün dərs yükünün bölgüsündə nəzərə alınacaq.

Təhsil Nazirliyi iyulun 1-dən məktəblərdəki vakant yerlərə müəllimlərin işə qəbulunu aparır. Mərkəzləşdirilmiş qaydada, üç mərhələli müsabiqə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) yolu ilə işə qəbul sentyabrın 10-dək başa çatacaq.

 

Hazırda 6 yaşı tamam olan uşaqların da orta məktəblərdə birinci sinfə qəbulu aparılır. Təhsil Nazirliyindən bildirilib ki, 2011-2012-ci tədris ilində ümumi təhsil məktəblərinin I sinfinə 124 min 274  şagirdin qəbul olunacağı proqnozlaşdırılır. 2011- 2012- ci tədris ilində Bakı məktəblərinin I siniflərinə 30 minə yaxın uşağın qəbulu gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər