Modern.az

Fəsadları çox ağırdı, hər il 7 milyon insanı öldürür

Fəsadları çox ağırdı, hər il 7 milyon insanı öldürür

2 May 2018, 12:57

Hər il dünyada havanın çirklənməsi 7 milyon insanın ölümünə səbəb olur.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının illik hesabatında deyilir.

 

Təşkilatın açıqlamasına görə, 7 milyon insanın 21%-i pnevmoniyadan, 34%-i ürəyin işemik xəstəliklərindən, 20%-i qəfil ölümdən, 19%-i ağ ciyərin xroniki xəstəliklərindən və 7%-i ürək çatışmazlığından dünyasını dəyişir.

 

Havanın çirklənməsi ilə bağlı ölüm riski qrupuna uşaqlar, evdar qadınlar və açıq havada işləyənlər daxildir.

 

Təşkilatın hesablamalarına görə, 7 milyon insandan 4,2 milyonu çirklənməyə məruz qalmış ərazidə, 3,8 milyon insan isə zəhərli toksik yağların ayrıldığı məkanlarda nəfəs aldığı üçün ölür.  

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı