Modern.az

Nizami Cəfərov: “Hər şair “Xalq şairi”, hər müğənni “«Xalq artisti” olmaq istəyir”

Nizami Cəfərov: “Hər şair  “Xalq şairi”, hər müğənni “«Xalq artisti” olmaq istəyir”

Ölkə

3 Oktyabr 2011, 13:49

“Bütün xalqların mədəniyyət qanununda belə bir şey var ki, dövlət mədəniyyət və incəsənət xadimlərini həvəsləndirir, onların qayğısına qalır. Onun da tərkibində çox şeylər, o cümlədən təltif də var”.

Bu fikirləri saytımıza Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov “Payız sessiyasında qəbul olunacaq “Mədəniyyət haqqında” qanununun mədəniyyət sahəsində çalışanlara fəxri adların verilməsini tənzimləyəcəkmi” sualına cavab olaraq deyib:

“Ancaq bizdə sovet dövründən bunun zəngin ənənəsi qalıb. İstər-istərməz hər bir şair “Xalq şairi”, hər bir yazıçı “Xalq yazıçısı”, bəstəkar, müğənni “Xalq artisti” adı almaq  istəyir. Mən burada sözün açığı qeyri-adi bir şey görmürəm. Sadəcə olaraq, bu məsələ həmişə müzakirə olunub ki, fəxri adların verilməsini dayandıraq. Ya da burada seçim üçün xüsusi komissiya işləsin. Belə müxtəlif təkliflər olur”.

Deputat deyib ki,  bir məsələni də nəzərə almaq lazımdır: “Bir adı dövlət verirsə, burada həm də sənətkarlıq səviyyəsi yüksəlir. Eləcə də verilən ad o dövlətin ideologiyasına, o dövlətin siyasi məramına nə dərəcədə uyğundursa, bu mütləq nəzərə alınmalıdır və istər-istərtəməz də nəzərə alınır. Mənə elə gəlir ki, biz ümumi şəkildə bu məsələni “Mədəniyyət haqqında”qanunda saxlayacağıq, yəni dövlət sənətkarlara qayğı göstərir. Amma bu adlar necə veriləcək, nə şəkildə veriləcək, bu qanun predmeti deyil. Şəxsi düşüncəmə gəlincə, hər halda fikirləşirəm ki, bu təltiflər olmalıdır”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər