Modern.az

Tahir Kərimli hesabat verdi  

Tahir Kərimli hesabat verdi   

Aktual

28 Noyabr 2018, 15:44

Vəhdət Partiyasının mətbuat xidməti 87 saylı Ağsu - İsmayıllı seçki dairəsindən Milli Məclisin deputatı və Vəhdət Partiyası sədri Tahir Kərimlinin son bir aydakı fəaliyyəti barədə hesabat verib.

Modern.az xəbər verir ki, Vəhdət Partiyasının  sədri, deputat Tahir Kərimlinin daha vacib problemlər haqqında çıxış etməməsi ilə bağlı sosial şəbəkələrdə çoxlu sayda fikirlər öz əksini tapıb.

Partiya bununla əlaqədar olaraq Tahir Kərimlinin son 1 ayda Milli Məclisin plenar və komitə iclaslarında etdiyi çıxışlar, irəli sürdüyü təkliflər və fəaliyyəti haqqında məlumat açıqlayıb:


1. Azərbaycan Respublikasının Dövlət Gerbindəki şərq qalxanının ictimai-siyasi mahiyyəti haqqında.

2. Azərbaycan Respublikasının Dövlət Himnində təkrarların çıxarılması və musiqisinin nikbinləşdirilməsi haqqında.

3. Azərbaycan Respublikasının Dövlət Büdcəsinin büdcə kəsirinin artırılması yolu ilə əhalinin sosial təminatının yaxşılaşdırılması haqqında.

4. Ümumi və adambaşına ÜDM-un artırılması haqqında.

5. Quba - Şamaxı yolunun tikintisinin bərpası haqqında.

6. Ağsu dolaylarının yenidən çəkilməsi haqqında.

7. Ağsu rayonuna və Yuxarı Dağlıq Şirvan zonasına verilən dotasiya və vəsaitin artırılması haqqında.

8. Balıq və balıq məhsullarının mənfi dinamikasının aradan qaldırılması haqqında.

9. Büdcənin mərkəzi və yerli gəlirlərinin disbalansının aradan qaldırılması haqqında.

10. Milli Məclisin ehtiyacı olan işçilərinin (deputatlar nəzərdə tutulmur) mənzil şəraitinin yaxşılaşdırılması haqqında.

11. Deputat səlahiyyətlərinin yerinə yetirilməsi üçün maliyyə təminatı haqqında.

12. Seçicilərin deputatların fəaliyyətini nəzərdə saxlamaq və təhrif olunmamış məlumatların verilməsini təmin etmək məqsədi ilə Milli Məclisin öz televiziyasının yaradılması haqqında.

13. AXC-nin 100 illiyi ilə bağlı bütün Azərbaycan vətəndaşlarının hər birinə 100 manat verilməsi üçün 1 milyard pulun ayrılması haqqında.

14. Möhtəşəm dövlətçilik tarixini, AXC liderlərini və genosidi əks etdirən muzey-movzoley kompleksinin keçmiş 26-lar bağında yaradılması ilə bağlı vəsaitin ayrılması haqqında.

15. Təhsil işçilərinin, o cümlədən kişi müəllimlərinin işlə təminatının və maliyyə vəziyyətinin yaxşılaşdırılması haqqında.

16. Səhiyyə işçilərinin təminatı, xüsusilə tibbi sığortanın tətbiqinin sürətləndirilməsi haqqında.

17. Əhalinin kredit borclarının silinməsi və ya dövlət tərəfindən ödənilməsi haqqında.

18. Şəhid ailələrinə müavinətlərin verilməsi haqqında.

19. Şəhid ailələrinin mənzil və fərdi evlə təmin edilməsi haqqında.

20. Siyasi partiyaların Bələdiyyə seçkilərində iştirakı ilə bağlı maliyyə problemlərinin həlli haqqında.

21. Azərbaycan Respublikasının Milli Məclisinin Daxili Nizamnaməsinə dəyişikliklər edilməsi haqqında.

22. Deputat etikası haqqında.

23. Maliyyə Amnistiyasının elan olunması yolu ilə xaricə maliyyə axınının qarşısının alınması və bu yolla daxili investisiyaların təşviqi və vergi daxil olmalarının artırılması haqqında.

24. Bir sıra başqa qanunlara dəyişikliklər haqqında.

 

Bundan başqa, qeyd olunur ki, Tahir Kərimli ay ərzində 2 dəfə Ağsu və İsmayıllı rayonlarında olmuş, vətəndaşlarla görüşmüş və qəbul aparmışdır. Həmçinin Milli Məclis aparatında və partiya qərargahında qəbullar aparmış, Xəzər TV-də, Müsavat internet TV-də canlı yayımda iştirak edərək suallara cavab verib. Çoxsaylı KİV-lərə müsahibələr verib. Türkiyə, Yaponiya səfirliklərinin tədbirlərində və Avropa Şurasının nümayəndələri ilə görüşüb və təkliflər verib.

 

“Nəzərə çatdırırıq ki, deputat Tahir Kərimli son 1 ildə Ağsu-İsmayıllıda tədbirlərdə, Bico və Rəhimli kəndlərində şəhidlərin anımında iştirak edib, Kalva, Dilman, Xatman, Hacıman, Suraxanı, Nüydü, Nuran, İlxıçı, Təklə, Xəlilli, Qasımbəyli, Çiyni, Növcü, Padarçöl, Ağabəyli, Qəşəd, Şahbəyli, Padar və digər kəndlərdə görüşlər keçirib və bunlar Ağsu və İsmayıllı icra hakimiyyətlərinin rəsmi məlumatlarında əks olunub.

T. Kərimlinin 1 ayda gördüyü işləri bəzi deputatlar illərlə görməyib. Bu da onun fəaliyyətindən xəbərsiz olanlara və qəsdən haqsız yerə ona qarşı çıxanlara tutarlı cavabdır.

Qeyd etmək istəyirik ki, Tahir Kərimli 30 noyabr tarixli Milli Məclisin plenar iclasında "Ana dili" ilə bağlı xüsusi çıxışı nəzərdə tutur”,-deyə Vəhdət Partiyası bəyan edib.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi