Bu gün ölkədə bələdiyəyə təkrar, əlavə və yeni seçkilər keçirilir.
Seçkilər 1718 bələdiyənin 333-də keçirilir. Nədənsə seçkilərə ictimai maraq bir o qədər də hiss olunmur.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvüi Tahir Rzayev Modern.az saytına açıqlamasında bildirdi ki, prezident və parlamnet seçkilərindən fərqli olaraq bələdiyyə seçkilərində mütəşəkkillik o qədər də yüksək deyil. Bunu baş tutan 3 bələdiyyə seçkisinin sübüt etdiyini deyən T.Rzayevin sözlərinə görə, insanları seçkilərə məcbur etmək olmaz.
T.Rzayev eyni zamanda dedi ki, yerlərdə seçkilərlə bağlı hazırlıq işləri yaxşı gedir.
Şəxsən seçki prosesi ilə maraqlandığını deyən T.Rzayev düşünür ki, seçkilər bələdiyyələrin bir qismini əhatə etdiyinə görə belə bir rəy yarana bilər:“Bildiyiniz kimi seçkilər 333 bələdiyədə keçirilir. Ola bilsin buna görə geniş rezonans yaratmır. Seçkilərin bir qism bələdiyədə olması belə düşünməyə imkan verir”.
T.Rzayev bir neçə seçki dairəsi ilə maraqlandığını, müəyyən bələdiyələrlə də əlaqə saxladığını bildirdi. Onun sözlərinə görə, hər hansı bir çatışamazlıq yoxdur: “Əgər bu gün seçkiyə 1549 nəfər qatılıbsa, bu, az rəqəm deyil. Fikir verin, 464 nəfər seçiləcək seçkilərə namizədlərin sayı hardasa 4 dəfə çoxdur. Maraq olmasaydı əlbəttə ki, 500 nəfər seçkiyə qatılardı, 1549 nəfər yox”.
Sədaqət SÜLEYMANOVA