Modern.az

Goranboyda növbəti arxeoloji qazıntılar

Goranboyda növbəti arxeoloji qazıntılar

10 İyul 2019, 18:15

 

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloq alimləri tərəfindən 19 iyun – 8 iyul 2019-cu il tarixində Goranboy rayonunun Qaraçinar kəndi ərazisində arxeoloji qazıntılar aparılıb.

 

Modern.az xəbər verir ki,  Aparılan arxeoloji qazıntılar zamanı ilk tunc, antik və    orta əsrlər dövrünə aid “Qaraçinar çoxtəbəqəli yaşayış məntəqəsi” aşkar edilib. Qazıntı işlərində yerli arxeoloqlarla yanaşı italiyalı arxeoloq Palumbi Cuilio da iştirak edib. 

 

Qazıntı işləri iki mədəni təbəqədə aparılmış, erkən tunc dövrünə aid kərpic divar qalıqları, təsərrüfat quyuları, ocaq yerləri, saxsı qab hissələri və daşdan hazırlanmış əmək alətləri  aşkar edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu