Modern.az

“Əks halda biz öz işimizə davam edəcəyik” - Müdafiə naziri ABŞ-la razılaşmadan DANIŞDI

“Əks halda biz öz işimizə davam edəcəyik” - Müdafiə naziri ABŞ-la razılaşmadan DANIŞDI

Dünya

22 Oktyabr 2019, 12:58

“Türkiyə uzun zamandır terrorizmdən əziyyət çəkir. Hər fürsətdə dostlarımıza bildiririk ki, PKK-nın Suriyadakı qollarının dəstəklənməsinin nə qədər təhlükəlidir. Bəzi müttəfiqlərimiz YPG-ni dəstəkləməyə başladılar ki, bu bizim üçün PKK ilə eynidir. Ona görə də burada riskə baxacaq olsaq, bir terrorçu təhdidini məhv etməyə çalışırsınızsa, onun birə bir eynisi olan başqa bir terrorçu təhdidini də eyni şəkildə yox etməyiniz lazımdır".

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.

 

Nazir deyib ki, Türkiyənin müttəfiqləri PKK-nı terror təşkilatı kimi tanısalar da, ancaq ancaq hazırda həmin müttəfiqlər arasında YPG-ni terrorçu hesab etməyənlər var.

 

“Bəzi müttəfiqlərimizdən YPG-yə çox maddi dəstək verildiyini görürük.

YPG-yə verilən hər bir silah, PKK əli ilə bizə qarşı istifadə edilir. Bu da təbii ki, yerli əhali üzərində mənfi təsirə səbəb olur. Burada zorla yer dəyişdirmə və miqrasiya olur. İnsanların və uşaqların həyatını itirməsi kimi bəzi pis nəticələr doğurur. Bu aksiyaların mütləq dəyişməsi lazımdır. Çünki Türkiyəyə kütləvi bir köç var və buradakı demoqrafik quruluş da dəyişmə riski altındadır".

 

Akar bildirib ki, Türkiyənin Suriyada apardığı “Barış pınarı” hərəkatında məqsəd bu regionda etibarlı bir bölgə yaratmaq, Türkiyənin qanuni təhlükəsizlik narahatlıqlarının aradan qaldırmaqdır: “

 

"Bizim yeganə hədəfimiz sərhədlərimizi qorumaq, buradakı terror dəhlizini yox etmək, eyni zamanda DAEŞ (İŞİD), PKK, YPG və digər bütün terrorçu qrupların aradan qaldırılmasıdır. Həmçinin Suriyada təhlükəsiz bir bölgə yaratmaq istəyirik.

 

Ən başından bəri öhdəliyimizi təzələmişik. Demişdik ki, biz vətəndaşları, dini və etnik qrupları da prioritet kimi qoruyacağıq. Suriyada PKK və YPG fəal olmağa başladıqdan sonra bu bölgə və ölkədə də təəssüf ki ki sülhün olmadığı ortaya çıxmışdır. PKK və YPG, heç bir şəkildə kürd və suriyalı qardaşlarımızı təmsil edə bilməzlər. Bu insanlar müsəlmanların dəvətini də həyata keçirmirlər. Son günlərdə gördük ki 9 aylıq bir körpə faciəli şəkildə öldürüldü. YPG və PKK terrorçularının hücumları nəticəsində 181 suriyalı yaralanıb”.

 

Türkiyə və ABŞ-ın 4 gün əvvəl bir müqavilə imzaladığını xatırladan  Milli Müdafiə naziri məqsədin “Barış pınarı” Hərəkatının 120 saatlığa dayandırılması olduğunu bildirib.

 

YPG və PKK-nın etibarlı bölgədən çəkiləcəyini, YPG və PKK-nın sahib olduğu ağır silahları təslim edəcəyini, öz döyüş yerlərini tərk etmələrinin gözləndiyini ifadə edən H.Akar bu müqavilələrin həyata keçirilməsinin son dərəcə həlledici və əhəmiyyətli olduğunu, yaxından təqib etdiklərini qeyd edib.

 

Nazir əgər çəkilmə vaxtında başa çatarsa, əməliyyatın dayandırılacağını bildirib.

 

“Əks halda biz öz işimizə davam edəcəyik. Bu arada 200-ə qədər DAEŞ üzvü də nəzarətə alınıb. Bununla yanaşı, “Fərat Qalxanı” Hərəkatında 3000-dən çox DEAŞ terrorçusu da zərərsizləşdirilib. Türk Silahlı Qüvvələri, DEAŞ-a qarşı əlbəyaxa savaşan tək koalisiya ordusudur. Nə vaxt və harada görsək onları təsirsiz hala gətirmək bizim əsas vəzifəmizdir".

 

Türkiyənin ABŞ ilə sarsılmaz bir bağı olduğuna toxunan “ümid edirik ki, ABŞ ilə müttəfiqliyimiz pozulmadan davam edəcək" deyib.

 

T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi