Modern.az

Mahaçqaladan Bakıya birbaşa aviareys açılır

Mahaçqaladan Bakıya birbaşa aviareys açılır

Aktual

5 Yanvar 2020, 11:36

Bu il Mahaçqala-Bakı və Mahaçqala-Tehran birbaşa aviareyslərinin açılışı planlaşdırılır.

 

Modern.az-ın məlumatına görə, bunu "TASS"a "Mahaçqala Aeroportu" Səhmdar Cəmiyyətinin baş direktoru Arsen Pirməhəmmədov deyib.

 

A.Pirməhəmmədov bildirib: "Hazırda beynəlxalq istiqamətdə Tehran və Bakıya birbaşa aviareyslərin açılması məsələsi üzərində işləyirik. Bu aviareyslərin bu il açılması planlaşdırılır".

 

Onun sözlərinə görə, yeni hava marşrutlarının açılması ilin ortalarında Mahaçqalanın hava limanının yeni beynəlxalq terminalı istifadəyə verildikdən sonra planlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?