Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə rəis təyinat olub.
Modern.az xəbər verir ki, idarənin rəis müavini, polis polkovniki Rəşid Piriyev tutduğu vəzifədən azad edilərək Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi təyin edilib. Bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.