Modern.az

Özəl telekanallar deputatlığa namizədlərin reklamından İMTİNA ETDİLƏR

Özəl telekanallar deputatlığa namizədlərin reklamından İMTİNA ETDİLƏR

Aktual

9 Yanvar 2020, 18:09

Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərdə ödənişli seçkiqabağı təşviqata qoşulacaq KİV məlum olub.

 

Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saytına istinadən verdiyi məlumata görə, ödənişli seçkiqabağı təşviqatda iştirak etmək üçün 30 agentlik və sayt, 9 qəzet və 1 televiziya müraciət edərək qeydiyyatdan keçib.

 

Ödənişli təşviqatda telekanallardan yalnız İctimai Televiziya və Radio Yayımları Şirkəti iştirak edəcək. Özəl telekanallar ödənişli seçkiqabağı təşviqatda iştirak etmək üçün müraciət etməyib.

 

Mail AĞAXANOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?