Modern.az

Hövsanda Pakistan vətəndaşı azərbaycanlı arvadını bıçaqlayıb

Hövsanda Pakistan vətəndaşı azərbaycanlı arvadını bıçaqlayıb

12 Yanvar 2020, 00:12

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Modern.az  “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü İmran Fəxrəndə Şamil qızı Pakistan vətəndaşı olan həyat yoldaşı tərəfindən qısqanclıq zəminində bıçaqlanıb.

Yaralı hadisə yerinə gələn təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. 35 yaşlı qadın əməliyyat olunub, vəziyyəti ağırdır.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?